“Zala uyğunlaşmalıyıq, 11 ay az müddət deyil” - AÇIQLAMA

Sportarena.az      21 Yanvar 2021 , 11:02

“Toplanışımız davam edir. Fiziki hazırlığı yüksəltmək istiqamətində çalışırıq. Çoxdandır zalda məşq etmirdik, yenidən sevimli məkanımıza dönməyimiz komanda üzvlərini sevindirməyə bilməzdi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəkləri oyunlardan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

 

42 yaşlı oyunçu komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Qarşıda bizi qrup liderliyinə iddialı Slovakiya ilə ağır oyun gözləyir. Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq, qarşımıza konkret tapşırıq qoyulub. Biz bu qrupdan qalib kimi final mərhələsinə vəsiqə qazanmalıyıq. Bilirəm, uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq. İdmançı həyatı elədir ki, gərək məşqləri fasiləsiz, daimi edəsən. Amma mövcud vəziyyətlə əlaqədar zallar bağlandı və biz ən yaxşı halda açıq havada məşq etməklə formamızı qorumağa çalışdıq. Süni örtüklə parketi isə müqayisə etmək olmaz”.

 

Təcrübəli futzalçı çətinliklərə rəğmən, komandanın oyuna hazır olacağına inandığını vurğulayıb: “Müəyyən çətinliyimiz var. İlk növbədə zala uyğunlaşmağa çalışırıq. 11 ay az müddət deyil. Yanvarın 29-dək bu və digər çatışmazlığı aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram. Bu bir həftədən maksimum yararlanmalıyıq”.

 

Üçüncü qrupda yer alan millinin rəqiblərinə yaxından bələd olduqlarını deyən kapitan Slovakiyanı fərqləndirib: “Hər 3 komandanın gücünə bələdik. Xüsusən, Slovakiya ilə son illərdə daha çox qarşılaşmışıq. Qrup mərhələsinə onlara qarşı duellə start verəcəyik. Bakıdakı oyunda qələbə qazanmalıyıq ki, özümüzə inam artsın, əsas rəqibimizi qabaqlaya bilək və Yunanıstan səfərinə yüksək əhvla-ruhiyyədə yollanaq. Doğma meydan amili də bizə üstünlük qazandıracaq. Matçın azarkeşsiz keçirilməsi təəssüf doğurur. Ancaq pandemiya ilə əlaqədar verilmiş qərara hörmətlə yanaşmalıyıq”.

 

Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlaşan milli komanda Bakı İdman Sarayında məşq edir. Yanvarın 29-da Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Afinada Yunanıstanla üz-üzə gələcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin