“Yuventus” Super Kuboku qazandı, Ronaldo tarixə düşdü - VİDEO

Sportarena.az      21 Yanvar 2021 , 11:13

Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, İtaliya çempionu “Yuventus” ölkə kubokunun qalibi “Napoli” ilə qarşılaşıb.Turin təmsilçisi bu oyunda iki cavabsız qolla qalib gəlib və tarixində 9-cu dəfə Super Kubokun sahibi olub.
 

Bu oyun “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün də əlamətdar olub. Portuqaliyalı futbolçu bu görüşdə hesabı açmaqla futbol tarixinin ən çox qol vuran oyunçusuna çevrilib. 35 yaşlı hücumçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib. Bununla da o, çex hücumçu Josef Biçanın bu göstəricidəki rekordunu (759 qol) geridə qoyub. Ronaldo Portuqaliya millisi, “Sportinq” (Lissabon), “Mançester Yunayted”, “Real” və “Yuventus”da ümumilikdə 1036 matç keçirib.
 

 

İtaliya Super Kuboku
 
Yuventus – Napoli 2:0
Qol: Ronaldo, 64. Morata, 90+5. 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin