"Komandaya iradım yoxdur" - Elmar Baxşıyev

Sportarena.az      21 Yanvar 2021 , 19:32

“Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür".
 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

 

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm. Sadəcə, bu hücumları tamamlamaq çatışmırdı. Bunu hücumun son fazasında bir az diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirərdim. Çoxsaylı epizodları dəyərləndirə bilmədik. Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı".


E.Baxşıyev uduzmasına baxmayaraq, komandaya iradının olmadığını bildirib: "İlk gündən nəticə yox, öncə oyun, sonra nəticə istəmişəm. Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdır. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram. Futbol adına hər şey etdik. Komandaya iradım yoxdur. Qələbə qazanmaq üçün epizodlardan istifadə etmək lazımdır”.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin