Türkiyə çempionatı: "Beşiktaş"dan böyükhesablı qələbə, "Fənərbaxça" xal itirdi - VİDEO

02:22 22 Yanvar 2021

Türkiyə Superliqasında 20-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün lider “Beşiktaş” səfərdə “Fatih Karagümrük”ün qonağı olub və 4:1 hesablı qələbə qazanıb. “Fənərbaxça” isə “Sivasspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda heç-heçəyə razılaşıb - 1:1.

 

Türkiyə Superliqası, 20-ci tur

"Ərzurumspor" – "Alanyaspor" - 1:1
Qollar: Bassan, 31 – Bakasetas, 58.

 

"Fatih Karagümrük" – "Beşiktaş" - 1:4
Qollar: Borini, 78-pen – Abubakar, 44. Mensah, 50; 70. Larin, 66.

 

"Ankaragücü" – "Kasımpaşa" - 1:0
Qol: Floran, 16.

 

"Sivasspor" – "Fənərbaxça" - 1:1
Qollar: Yatabare, 18 – Valensia, 45+1-pen.

 

Bu nətilərdən sonra "Beşiktaş" xallarını 41-ə çatdıraraq liderliyini möhkəmləndirib. "Fənərbaxça" 39 xalla 2-ci, "Qalatasaray" 36 xalla 3-cüdür. 

 

 


Digər xəbərlər

Xəbər xətti