Ulduz futbolçu koronavirusa yoluxdu

12:00 22 Yanvar 2021

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “Tvitter”dəki səhifəsində məlumat yayıb:

 

“Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma verdiyim sonuncu COVID-19 testi pozitiv oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dediklərini yerinə yetirirəm”.

 

Qeyd edək ki, Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı. 


Digər xəbərlər

Xəbər xətti