Daha bir Polşa klubundan Mahir Emreli təklif

12:08 22 Yanvar 2021

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreliyə Polşanın daha bir klubundan təklif var.

 

Sportarena.az xəbər verir ki, Polşa çempionatının güclülər dəstəsində çıxış edən "Rakuv" klubu 24 yaşlı hücumçu ilə maraqlanır.Bundan əvvəl isə Polşanın "Zaqlembe” klubu Mahir Emreliyə təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib.

 

Qeyd edək ki, "Rakuv" Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır. 


Digər xəbərlər

Xəbər xətti