Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq

12:49 22 Yanvar 2021

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Slovakiya oyunu qapalı keçiriləcək.

 

Sportarena.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüşə KİV nümayəndələri və azarkeşlər buraxılmayacaq. Saat 18:00-da start götürəcək matçı CBC Sport telekanalının canlı yayımlayacağı gözlənilir.

 

Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək. 


Digər xəbərlər

Xəbər xətti