Gündüz Abbaszadə “Qarabağ”da? - AÇIQLAMA

Sportarena.az      25 Yanvar 2021 , 12:13

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun mətbuat xidməti vəzifəsinə tanınmış jurnalist Gündüz Abbaszadənin təyin olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

 

“Qafqazinfo”ya açıqlama verən Çəlikəl rəsmi təyinatın olmadığını, lakin Gündüz Abbaszadənin də namizədlər sırasında yer aldığını bildirib: 

 

“Rəsmi olaraq təyinat yoxdur. Bir neçə namizəd var və onlarla danışıqlar aparırıq. Onların arasında Gündüz Abbaszadə də var. Danışıqlardan sonra rəhbərlik kimin bu vəzifəyə gələcəyinə qərar verəcək. Amma rəsmi olaraq hələ ki, heç bir şey yoxdur”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov UEFA tərəfindən cəzalandırıldığına görə vəzifəsindən ayrılmışdı.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin