Azərbaycanlı olimpiya çempionuna ömürlük cəza

13:07 25 Yanvar 2021

Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov daha ciddi sanksiya ilə üzləşə bilər.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, ittiham təsdiqini taparsa, 28 yaşlı idmançı ömürlük diskvalifikasiya olunacaq. Səbəb onun əvvəllər də dopinq-testinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalmasıdır. Qaydalara əsasən, ikinci dəfə testdən keçə bilməyən idmançı 8 il və ya ömürlük diskvalifikasiyaya məruz qalır.

 

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) araşdırma müddətində Rəhimovu yarışlardan müvəqqəti kənarlaşdırıb.Təcrübəli ağırlıqqaldıran 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

 

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.  


Digər xəbərlər

Xəbər xətti