"Qarabağ" rəsmisi: "Neftçi"nin liderliyi bizə motivasiya olmalıdır"

Sportarena.az      25 Yanvar 2021 , 13:34

"Qarabağ" klubu nəzərdə tutduğu transferləri yanvarın sonlarınadək gerçəkləşdirmək niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun direktoru Emrah Çelikel açıqlama verib.

 

"Demək olmaz ki, qışda futbolçu almayacağıq. Transferlərlə bağlı işlərimiz davam edir. Baş məşqçimiz Qurban Qurbanovun istədiyi, transferi mümkün olan futbolçunu və ya futbolçuları bu ayın axırınadək komandamıza gətirəcəyik" deyə o vurğulayıb. Lakin klub rəsmisi gücləndirmək istədikləri mövqeləri açıqlamayıb.

 

Çelikel "Neftçi"nin liderliyinin "Qarabağ" üzərlərində basqı yaratmadığını və bu mövsümdə də hədəflərinin çempionluq olduğunu vurğulayıb: "Neftçi"nin liderliyi bizlər üçün motivasiya olmalıdır. Əsas məsələ mövsümün sonunda lider olmaqdır. Biz də bunun üçün əlimizdən gələni edirik və edəcəyik".

 

Hazırda turnir cədvəlinə 14 oyundan 27 xalla "Neftçi" başçılıq edir. "Qarabağ" liderdən bir xal geri qalsa da, ehtiyatda "Səbail" komandası ilə V turdan təxirə salınmış ev oyunu qalıb. Bu qarşılaşma yanvarın 28-də keçiriləcək. "Qarabağ" qələbə qazanacağı təqdirdə, fevralın 13-də "Neftçi" ilə ev oyununa lider kimi çıxacaq. Hazırda cəzalı olan müdafiəçi Kevin Medina "Səbail"lə görüşü də buraxacaq və Azərbaycan derbisində oynaya biləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin