“Çelsi” Lempardı göndərdi

15:40 25 Yanvar 2021

“Çelsi” baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 42 yaşlı məşqçinin 2022-ci ilin yayına qədər olan müqaviləsi ləğv edilib. Rəhbərlik uğursuzluğa görə gənc məşqçi ilə vidalaşıb. Britaniya mətbuatı Lempardı PSJ-nin sabiq baş məşqçisi Tomas Tuhelin əvəzləyəcəyini yazıb.

 

Qeyd edək ki, futbolçu kimi 13 il (2001-2014) "Çelsi"nin şərəfini qoruyan Lempard 2019-cu ilin yayından paytaxt təmsilçisini çalışdırırdı. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb. 


Xəbər xətti