Azərbaycan kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi - YENİLƏNİB

19:00 25 Yanvar 2021

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günü üçün nəzərdə tutulan 3 matçın hamısı başa çatıb.“Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi “Turan Tovuz”un qonağı olub və 2 cavabsız qolla qalib gəlib. Beləliklə, əyalət təmsilçisi 1/4 finalda “Qarabağ”la qarşılaşacaq.“Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edib. 4:0 hesablı darmadağınla qələbə qazanan "Zirə" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək. “Sabah” isə “Kəpəz”i sınağa çəkib. Bu görüşdə Gənc təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və növbəti mərhələdə "Keşlə"yə rəqib olub.

 

25 yanvar

Azərbaycan kuboku

1/8 final

 

17:00. “Sabah” – “Kəpəz” - 1:2
Qollar: Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
“Bank Respublika Arena”

 

16:00. “Qaradağ Lökbatan” – “Zirə” - 0:4
Qollar: Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
“Dalğa Arena”

 

14:00. “Turan Tovuz” – “Qəbələ” - 0:2
Qollar: Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu


24 yanvar

"Səbail" - "Zaqatala" - 3:2

 

1/4 final cütləri

“Sumqayıt” – “Səbail”

“Qarabağ” – “Qəbələ”

“Neftçi” - "Zirə” 

"Keşlə” -  “Kəpəz”

 

Qeyd edək ki, 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti