Özilin "Fənərbaxça"da alacağı maaş açıqlandı

19:30 25 Yanvar 2021

"Fənərbaxça" yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək. Onun məvacibini sabiq klubu "Arsenal" ödəyəcək.Özil növbəti 3 mövsümün hər birində "Fənərbaxça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

 

Qeyd edək ki, türk əsilli almaniyalı futbolçunun imza mərasimini yanvarın 27-də keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti