"Fənərbaxça" Özili təqdim etdi

Sportarena.az      27 Yanvar 2021 , 17:01

“Fənərbaxça” yeni transferi Məsut Özili ictimaiyyətə təqdim edib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu gün media önünə çıxıb.

 

150-ə yaxın yerli və xarici jurnalistin iştirak etdiyi təqdimat mərasiminə klubun prezidenti Ali Koç, Özilin həyat yoldaşı Əminə Gülşə və qızı da qatılıb. Türk əsilli almaniyalı futbolçu tədbirdə 3,5 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, son olaraq "Arsenal"da çıxış edən Məsut Özilin “Fənərbaxça”da illik maaşı 5 milyon avrodur. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin