“Mançester Yunayted”də ayrılıq

Sportarena.az      28 Yanvar 2021 , 09:40

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Odion İqalo ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı hücumçu ilə başa çatan icarə müqaviləsinin müddəti uzadılmayıb. Beləliklə, o, müqavilə ilə məxsus olduğu Çinin “Şanxay Şenxua” klubuna qayıdıb.

 

Qeyd edək ki, İqalo ötən ilin yanvarında icarə əsasında “Mançester Yunayted”ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin