İngiltərə çempionatı: "Mançester Yunayted" autsayderə uduzdu, "Çelsi" heç-heçə etdi

10:51 28 Yanvar 2021

İngiltərə Premyer Liqasında 20-ci turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, növbəti oyun günündə daha beş qarşılaşma keçirilib.“Mançester Yunayted” öz meydanında autsayder “Şeffild Yunayted”i sınağa çəkib və gözlənilməz məğlubiyyətlə üzləşib. "Qırmızı şeytanlar" qələbə qazansalar, liderliyə yüksələcəkdilər.

 

“Çelsi” “Vulverhempton”u qəbul edib. “Zadəganlar” yeni baş məşqçi Tomas Tuhelin rəhbərliyi altındakı ilk matçdan 1 xalla ayrılıb. Bu nəticələrdən sonra "Mançester Siti" 41 xalla liderliyini qoruyub. "MY" 40 xalla 2-ci, "Lester" 39 xalla 3-cü, "Vest Hem" 35 xalla 4-cü, "Liverpul" 34 xalla 5-cidir.




27 yanvar
 
"Bernli" – "Aston Villa" - 3:2
Qollar: Mi, 52. Maknil, 76. Vud, 79 – Uotkins, 14. Qriliş, 68.
 
"Çels"i – "Vulverhempton" - 0:0
 
"Brayton" –" Fulhem" - 0:0
 
"Everton" – "Lester" - 1:1
Qollar: Rodriqes, 30 – Tilemans, 67.
 
"Mançester Yunayted" – "Şeffild Yunayted" - 1:2
Qollar: Maquayr, 64 – Brayan, 23. Burke, 74.


Xəbər xətti