UEFA Avro-2020 ilə bağlı qərar verdi

Sportarena.az      28 Yanvar 2021 , 11:03

UEFA rəsmiləri yayda keçiriləcək Avro-2020-ni qəbul edəcək assosiasiyaların/təşkilatçıların nümayəndələri ilə turnirlə bağlı əməliyyat məsələlərini müzakirə etmək üçün dünən görüş keçirib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA daha əvvəl açıqlanmış təqvimə uyğun olaraq Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib.

 

Tərəflər şəhərlərin üzləşdiyi müxtəlif çətinliklərin qarşısının alınması üçün turnirin təşkili ilə bağlı qəbul olunan qərarlar zamanı çevikliyin vacib olduğunu qeyd ediblər.Bu və pandemiya fonunda tez-tez dəyişən xarakterə malik situasiya nəzərə alınaraq, azarkeşlərin stadionlara buraxılması ilə bağlı planın təqdim olunması üçün müəyyənləşdirilən son tarix aprel ayına keçirilib.

 

UEFA-nın prezidenti Aleksander Çeferin görüş zamanı bildirib: "UEFA Avropa çempionatının daha öncə planlaşdırıldığı kimi, 12 şəhərdə keçirilməsi öhdəliyinə sadiqdir. Avropa çempionatı milli komandalar üçün öncül turnirdir və futbolun bütün səviyyələrdə inkişafı üçün həyati əhəmiyyət kəsb edən maliyyə mənbəyidir. Turnirin vaxtı yaxınlaşdıqca vəziyyətin daha yaxşı olacağına optimist yanaşıram və oyunları qəbul edəcək şəhərlərə/hökumətlərə iyun-iyul aylarında nələrin həyata keçirilməsinin mümkün olacağı barədə ümumi mənzərənin necə olacağını müəyyənləşdirə bilmək üçün daha çox vaxt vermək lazımdır.

 

Azarkeşlər futbola xüsusilik qazandırır və bu istər Avropa çempionatı, istərsə də hər hansı digər oyun üçün belədir. Biz onların stadionlara qayıtması üçün əlimizdən gələn hər şeyi etməliyik".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin