Şimali Makedoniya millisinin sabiq üzvü “Səbail”də

00:44 31 Yanvar 2021

“Səbail” növbəti transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatıb.Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Tərəflər 6 aylıq müqaviləyə imza atıblar.

 

Qeyd edək ki, son olaraq ölkəsində “Vardar”da çıxış edən Petroviç, Şimali Makedoniya yığmasında da 9 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti