"Hər kəsdən xahiş edirəm ki, məni başa düşsünlər" - Donald Gerye

Sportarena.az      1 Fevral 2021 , 14:32

"Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Donald Gerye İnstaqram səhifəsində yazıb. Haitili yarımmüdafiəçi başqa kluba keçmək üçün "Qarabağ"dan icazə istədiyini qeyd edib: "Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Bu klubdakı illərim misilsiz oldu. "Qarabağ" çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram".

 

Kiprin "Apollon" klubuna keçən Gerye artıq karyerasında yenilik etməyin vaxtı çatdığını bildirib: "Gedirəm, amma bu forma mənə həmişə "Qarabağ"la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun".

 

Qeyd edək ki, D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında "Neftçi"yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən "Qarabağ"a keçən futbolçu ilə yaya qədər olan müqavilənin ləğv edildiyi ötən gün açıqlanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin