"Qəbələ"nin sabiq baş məşqçisi xarici klublardan təkliflər alıb

00:51 3 Fevral 2021

Hazırda “Keşlə” futbol klubunun koordinatoru olan Ramiz Məmmədova İranın “Saypa” klubunu çalışdırmaq təklifi gəlib. Məsələ ilə bağlı son durumu öyrənmək üçün mütəxəssisin özü ilə əlaqə saxladıq.
 

“Qəbələ” və “Atırau” kimi klubları çalışdıran 53 yaşlı məşqçi SalamNews-a açıqlamasında xəbəri təsdiq edərək danışıqların davam etdiyini vurğuladı:

 

“Agent işləri başa vurduqdan sonra yekun açıqlamanı verəcəm. Mənə təkcə İrandan deyil, Qazaxıstan, ərəb ölkələrindən də təkliflər gəlib, hazırda bununla bağlı agent çalışmaları davam etdirir”.


Xəbər xətti