"Qarabağ" Qurban Qurbanovla 300-cü qələbəsini qazandı

12:04 3 Fevral 2021

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.
 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.
 

Qeyd edək ki, 2008-ci ilin yayından “Qarabağ”ın sükanı arxasında olan Qurban Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib. 


Digər xəbərlər

Xəbər xətti