Messi və Ronaldo son 10 ilin ən yaxşı futbolçuları seçilib

Sportarena.az      3 Fevral 2021 , 12:20

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.
 

Sportarena.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo ən yaxşı seçilib.Madrid “Real”ının və İspaniya millisinin müdafiəçisi Serxio Ramos "köhnə qitə"nin ən yaxşı ikinci oyunçusu elan edilib. "Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer isə üçüncü yerlə kifayətlənib.
 

Cənubi Amerikada isə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi birinci olub.Braziliya yığmasının və Fransa çempionu PSJ-nin hücumçusu Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın "San Paulo" komandasında oynayan müdafiəçi Daniel Alveş isə üçüncü yeri tutub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin