Türkiyəli hücumçu “Ayntraxt”da

18:30 4 Fevral 2021

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 

Sportarena.az xəbər verir ki, Frankfurt təmsilçisi Türkiyənin gənclərdən ibarət yığmasının və “Bursaspor”un hücumçusu Ali Akmanı heyətinə qatıb.Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin 18 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 

“Bursaspor”un öz yetirməsi olan Ali Akman, daha öncə “İnegölspor”da da futbolun sirlərinə yiyələnib. O, 2019-cu ildən Bursa klubunun əsas komandasında çıxış edirdi. 


Digər xəbərlər

Xəbər xətti