“Qəbələ” - “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı

19:18 5 Fevral 2021

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək cavab oyunlarından ikisinə hakim təyinatları açıqlanıb.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" - "Qarabağ" matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək."Səbail" - "Sumqayıt" görüşü isə Orxan Məmmədova tapşırılıb.

 

Qeyd edək ki, ilk oyunda "Qarabağ" evdə "Qəbələ"ni 3:1, "Səbail" isə səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Bu mərhələnin digər matçlarında "Keşlə" "Kəpəz"in, "Neftçi" "Zirə"nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də baş tutacaq.

 

Azərbaycan kuboku

Yarımfinalın cavab oyunları

6 fevral

 

15:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu, 15:00

 

18:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Bakı. “ASCO Arena”.


Digər xəbərlər

Xəbər xətti