Noyer Bundesliqada yeni rekorda imza atdı

Sportarena.az      7 Fevral 2021 , 11:30

Manuel Noyer futbol üzrə Almaniya Bundesliqasında unikal rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı qolkiper Bundesliqa çərçivəsində eyni rəqibə qarşı 16 ardıcıl qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacaran ilk futbolçuya çevrilib. O, bunu Bundesliqanın 20-ci turu çərçivəsində “Herta”ya qarşı keçirdikləri oyunda rəsmiləşdirib. Münhen təmsilçisi bu görüşdə 1:0 hesabıyla qalib gəlib. Noyer daha öncə də Almaniya çempionatı çərçivəsində “Herta”ya qarşı keçirilmiş oyunlarda qapısını toxunulmaz saxlamağı bacarmışdı.

 

Qeyd edək ki, “Bavariya” geridə qalan turlarda topladığı 48 xalla Bundesliqanın lideridir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin