Teymur Rəcəbov üçün daha 5 oyun

Sportarena.az      7 Fevral 2021 , 14:37

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılacaq.

 

Sportarena.az xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşacaq.İlk yarış günündə o, 5 görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qalib gələn Rəcəbov ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü turda ABŞ-dan olan Lenyer Peres Domingeslə və beşinci turda rusiyalı Aleksandr Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla heç-heçə oynayıb.

 

Hazırda azərbaycanlı qrossmeysterin aktivində 5 oyundan 3 xal var. O, fransalı Maksim Vaşye-Laqrav və niderlandlı Aniş Giri ilə birgə 4 - 6-cı yerləri bölüşür. Turnir cədvəlinə Maqnus Karlsen 4 xalla başçılıq edir. ABŞ təmsilçisi Uesli So və rusiyalı Yan Nepomnyaşi hərəyə 3,5 xalla 2-3-cü yerlərdə qərarlaşıb.

 

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

 

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

 

"Opera Euro Rapid"

7 fevral

6-cı tur: Teymur Rəcəbov - Aniş Giri (Niderland)
7-ci: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov
8-ci: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)
9-cu: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov
10-cu: Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin