Güləş yığmalarımız ölkə xaricində təlim-məşq toplanışına başlayıb

Sportarena.az      8 Fevral 2021 , 16:44

Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz bu gün növbəti təlim-məşq toplanışına start verib.

 

Sportarena.az xəbər verir ki, hər iki yığmamız ölkə xaricində toplanış keçir.Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən toplanışda bir neçə ölkənin komandası iştirak edir. Hazırlıq prosesi fevralın 25-dək davam edəcək.

 

Sərbəst güləş üzrə millimiz isə Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edir. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.

 

Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin