AFFA hakimi vuran məşqçiyə 20 oyunluq cəza verib

Sportarena.az      9 Fevral 2021 , 15:01

"Səbail” ın baş məşqçisinin köməkçisi Vüqar Məmməd 20 oyunluq cəzalandırılıb.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki,  buna onun Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"la cavab matçında (1:2) köməkçi hakim Cavanşir Yusifovu vurması səbəb olub. Bundan başqa, klub 16 000 (on altı min) manat cərimə olunub.

 

Qeyd edək ki, hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam” qərarı Aftandil Hacıyevin köməkçisinin narazılığına səbəb olub. Bu zaman V.Məmmədin yan xətt hakimini vurduğu bildirilib. O, qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.

 

V.Məmməd özü isə mediaya açıqlamasında hakimi vurmadığını, sadəcə, emosional vəziyyətdə itələdiyini deyib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin