Teymur Rəcəbov qələbəni əldən verdi

Sportarena.az      10 Fevral 2021 , 00:13

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə start verib.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Niderlandı təmsil edən Aniş Giri ilə mübarizə aparır. Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.

 

Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.

 

Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9.5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin