Ronaldo bunu dünyada bacaran ilk şəxs oldu

01:20 13 Fevral 2021

“Yuventus”un 36 yaşlı forvardı Kriştiano Ronaldonun sosial mediada izləyicilərinin sayı 500 milyonu ötüb. 

 

Sportarena.az xəbər verir ki, futbol dünyasında vurduğu qollar və qazandığı kuboklarla dəfələrlə rekord qıran Ronaldo bununla da ilkə imza atıb.İnstaqramda 261 milyon izləyicisi olan futbolçunu Feysbukda 148 milyon, Tvitterdə isə 91 milyon şəxs təqib edir. O, bunu dünyada bacaran ilk şəxs olub.

 

Qeyd edək ki, “Yuventus”da üçüncü mövsümünü keçirən ulduz futbolçu komandasına uğur qazandırmağa davam edir. Liqada “Yuventus”un 20 oyununun 17-də forma geyinən Ronaldo 16 qol vurub ki, bunun da 4-ü penaltidən qeydə alınıb. O, 5 dəfə "Qızıl top"a layiq görülüb. 

 

2020-ci ildə dünyada ilk futbolçu-milyarder olub. 


Xəbər xətti