“Makkabi” “Qarabağ”ın legionerini istəyir

Sportarena.az      16 Fevral 2021 , 13:02

“Qarabağ”ın müdafiəçisi Kevin Medina karyerasını İsraildə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, kolumbiyalı futbolçu bu ölkənin məşhur klublarından olan “Makkabi”nin maraq dairəsinə düşüb. İsrail mediasının yazdığına görə, Hayfa təmsilçisi futbolçunu transfer etmək istəyir.Klub rəsmiləri futbolçunu Ağdam təmsilçisinin Avroliqada Təl-Əviv “Makkabi”si ilə oyununda bəyəniblər.

 

İsrail təmsilçisi Medina üçün mövsümün sonunda “Qarabağ”la danışıqlara başlamaq istəyir.

 

Xatırladaq ki, Kevin Medina cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin