"Qarabağ" Portuqaliyadan qapıçı transfer edir? - SON DURUM

Sportarena.az      16 Fevral 2021 , 14:41

Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran “Qarabağ”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyanın “Nasional” klubunun qapıçısı Daniel Martins Gimaraeşi transfer etmək istəyir.Elita təmsilçisinin əsas qapıçısı sayılan 34 yaşlı braziliyalı mövsümün sonunda Azərbaycanda çıxış edə bilər. Onun “Nasional”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

 

Qeyd edək ki, 2017-ci ildən “Nasional”ın formasını geyinən Gimaraeş cari mövsüm Premyer Liqada keçirdiyi 14 oyunda qapısından 19 qol buraxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin