“Borussiya”nın yeni baş məşqçisi bəlli oldu

Sportarena.az      16 Fevral 2021 , 16:03

Almaniyanın “Borussiya” (Dortmund) klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisinə 2021/22 mövsümündən etibarən hazırda Münhenqladbax “Borussiya”sını çalışdıran Marko Roze rəhbərlik edəcək.Bu barədə Münhenqladbax klubunun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssis bununla bağlı rəhbərliyi məlumatlandırıb. Artıq Bundesliqa təmsilçiləri arasında ilkin razılıq əldə olunub.

 

Qeyd edək ki, Dortmund “Borussiya”sında Lüsyen Favrın istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsi müvəqqəti olaraq onun köməkçisi Edin Terziçə tapşırılıb.

 

Marko Roze məşqçiliyə Leypsiq “Lokomotiv”ində başlayıb. O, daha sonra 2017-2019-cu illərdə “Zalsburq”a rəhbərlik edib. 2019-cu ildən isə Münhenqladbax “Borussiya”sını çalışdırırdı. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin