Azərbaycan - Moldova matçı italiyalıya tapşırıldı

13:57 17 Fevral 2021

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığmasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo kömək edəcək.

 

Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan - Moldava görüşünə saat 19:00-da start veriləcək. Azərbaycan millisi iki oyuna topladığı 6 xalla 3-cü qrupun lideridir. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncüdür. İlk iki oyunundan məğlub ayrılan Yunanıstan isə sonuncudur.


Xəbər xətti