Azərbaycan cüdoçusu İsraildə koronavirusa yoluxdu

Sportarena.az      19 Fevral 2021 , 13:06

Azərbaycan cüdoçusu Telman Vəliyev Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirinə buraxılmayıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb idmançımızdan götürülən COVİD-19 testinin müsbət nəticə verməsidi.

 

Belə ki, həm Bakıdan İstanbula, həm İstanbuldan Təl-Əvivə gedərkən idmançılarımızın hamısından götürülən testin cavabı neqativ olub. Amma yarışdan öncə götürülən üçüncü testdən sonra Vəliyevin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən onu “Böyük dəbilqə”yə iştirakına qadağa qoyulub.

 

Qeyd edək ki, Telman yarışın 1/16 final mərhələsindən mübarizəyə başlamalı idi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin