Ansi Aqolli "Qarabağ"ın düşərgəsində - FOTO

02:00 20 Fevral 2021

"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli Bakıya gəlib. O, səfər zamanı Ağdam  klubunu ziyarət edib.

 

Sportarena.az klubun rəsmi sosial şəbəkə səhifələrinə istinadən xəbər verir ki, albaniyalı ilə uşaq futboluna dair potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 38 yaşlı futbolçu komandanın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb. O, “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos"  klubuna keçmişdi. Aqolli hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.



Digər xəbərlər

Xəbər xətti