"Azərbaycanda futbol daim inkişaf edir" - Millimizin məşqçisi

Sportarena.az      20 Fevral 2021 , 13:18

Millimizin məşqçisi Klaudio Beluççi İtaliya mətbuatına müsahibə verib.
 

Sportarena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis Azərbaycandakı işindən danışıb:
 

“Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq. İndi bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq. Məqsəd həmişə inkişat etməkdir".
 

O, millimizin DÇ-2022-nin seçmə mərhələsindəki qrupunun çətin olduğunu bildirib: "Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. "Qarabağ" Çempionlar Liqasının qrupunda "Roma" ilə oynayıb. Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdır. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam. Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. Özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacağam".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin