“Böyük dəbilqə”: Mehdiyev "bürünc"ü də əldən verdi - YENİLƏNİR

Sportarena.az      20 Fevral 2021 , 19:55

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, turnirin sonuncu günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda Orelyen Disslə (Fransa) üz-üzə gəlib və qələbə qazanıb. Daha sonra Tacikistan və Macarıstan idmançılarına qalib gələn Mehdiyev yarımfinala yüksəlib. Onun bu raundda rəqibi ispaniyalı Nikoloz Şerazadişvili olub. Amma rəqibin ippon fəninə düşən Mehdiyev qızıl medal şansını itirib.  Təsəlliverici görüşə qatılan həmyerlimiz bürünc medal uğrunda gürcü Bena Gviniaşviliyə uduzub.
 

100 kq-dakı təmsilçilərimizin yolunu gürcü cüdoçu kəsib. Belə ki, Zelim Kotsoyev 1/16 finalda Boris Georgiyevlə (Bolqarıstan) dueldən qalib ayrılsa da, 1/4 finalda Onise Saneblidzeyə uduzub.  .

 

Elmar Qasımov isə İoakim Dvarbi (İsveç) ilə qarşılaşıb. O, təxminən 10 dəqiqəlik mübarizədən sonra rəqibini ippona salsa da. növbəti mərhələdə  Saneblidze ilə bacarmayıb. 

 

+100 kq çəkidəki təmsilçilərimizdən Uşangi Kokauri Ben Spiykersinə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) uduzub.

 

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Cüdoçularımız beynəlxalq turnirin ikinci gününü medalsız başa vurublar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin