Sənan Qurbanov: “Komanda ruhu bizə qələbələr gətirəcək”

Sportarena.az      20 Fevral 2021 , 19:29

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Həftə ərzində futbolçularımıza “Zirə”yə qarşı necə oynayacaqlarını aşılamağa çalışdıq. Mənə elə gəlir ki, ilk yarıda oyunumuz daha yaxşı alındı. Futbolçular həm aqressiv, həm də taktiki cəhətdən düzgün oynadılar.

 

Rəqibimiz intizamlı komandadır. Bu cür kollektivə qarşı oynamaq asan deyil. Futbolçular bunu dərk etdilər. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha da aqressivləşdi və adi səhv qapımızda qolla nəticələndi. 

 

Bu istəyi komandada saxlamağa çalışacağıq. Hər şey bu oyunla bitmir. Əlbəttə, qalib gəlsəydik, daha yaxşı olardı. Amma alınmadı. İnanıram ki, bu cür komanda ruhu bizə qələbələr gətirəcək.

 

Ötən turda “Qəbələ”yə məğlubiyyətin, bu gün xal itirməyimizin məsuliyyətini öz üzərimə götürürəm. Çünki baş məşqçi mənəm, futbolçuları meydana mən buraxıram. Nəticəyə görə də mən cavabdehəm”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin