“Milan” derbidə belə uduzdu - VİDEO

16:32 22 Fevral 2021

Futbol üzrə İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, “Parma” – “Udineze” və “Benevento” – “Roma” görüşlərində qalib müəyyənləşməyib.Maraqlı qarşılaşmalardan biri Berqamoda keçirilib. “Atalanta” burada “Napoli”nin müqavimətini qırmağa çalışıb. Altı qolun qeydə alındığı matç məhz meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 

Turun mərkəzi görüşü isə Milanda baş tutub. Lider “İnter” “San-Siro”da əzəli rəqibi və çempionatda ən yaxın izləyicisi “Milan”ın qonağı olub. Qonaqlar derbidə darmadağına seviniblər.
 

 

İtaliya A Seriyası

23-cü tur

 

Parma – Udineze 2:2
Qol: Kornelius, 3. Kuçka, 32-pen – Okaka, 64. Naytink, 80.
 

Milan – İnter 0:3
Qol: L.Martines, 5; 57. Lukaku, 66.
 

Atalanta – Napoli 4:2
Qol: Sapata, 52. Qosens, 64. Muriel, 71. Romero, 79 – Zelinski, 58. Qosens, 76-öz qapısına.
 

Benevento – Roma 0:0

 

 


Digər xəbərlər

Xəbər xətti