"Neftçi"dən 800-cü qol

Sportarena.az      22 Fevral 2021 , 17:03

“Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub. Bu, Premyer Liqanın XVI turuna təsadüf edib.
 

Sportarena.az xəbər verir ki, “Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb. Bu qarşılaşmayadak keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənmişdi.


800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdir. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.


Paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin