“Napoli”nin hücumçusu huşunu itirdi

Sportarena.az      22 Fevral 2021 , 17:43

“Napoli”nin futbolçusu Viktor Osimhen İtaliya A Seriyasının 23-cü turunun “Atalanta” ilə səfər matçı zamanı huşunu itirib.
 

Sportarena.az xəbər verir ki, nigeriyalı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb və başı yerə dəyib. Meydanı xərəkdə tərk edən Osimhen dərhal xəstəxanaya aparılıb.
 

“Napoli”nin mətbuat xidmətindən edilən açıqlamada, 23 yaşlı hücumçunun səhhətinin yaxşı olduğu və gecəni xəstəxanada keçirdiyi bildirilib.
 

“Atalanta” – “Napoli” matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin