"Mahir özünü qərbi və mərkəzi Avropada sınamaq istəyir" - Agenti açıqladı

Sportarena.az      22 Fevral 2021 , 17:52

«O, «Qarabağ»ın təklifini rədd etməyib və əslində, rədd etmək imkanı belə olmayıb».

 

Sportarena.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Mahir Emrelinin meneceri Tural Əsgərov deyib.Tanınmış agent Ağdam klubu ilə müqaviləsi bu yay başa çatacaq hücumçu haqda son günlər mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

 

O, 2015-ci ildən «Qarabağ»ın formasını geyinən forvardın məsələsinə hələ aydınlıq gəlmədiyini bildirib:

 

"Ona «Qarabağ»dan heç bir rəsmi təklif olmayıb. Biz «Qarabağ»dan yeni müqavilə barəsinde danışıqları yaya kimi, daha doğrusu, hazırkı mövsümün sonunadək təxirə salmağı xahiş etmişik.

 

Əlavə olaraq qeyd etmək istəyirəm ki, Mahirin özünü ölkə xaricində sınamaq istəməsi sirr deyil. O, dəfələrlə bunu bildirib.Qismət olarsa, qərbi və mərkəzi Avropada, daha ciddi çempionatda özünü sınamaq istəyir. Amma bu, o demek deyil ki, Mahir «Qarabağ»ın yeni müqavilə təklifini rədd edib və kiminləsə anlaşııb.Mahir növbəti mövsümə ölkə xaricində, başqa klubda da başlaya, eyni zamanda, karyerasına «Qarabağ»da davam edə bilər». 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin