AFFA Matiçə görə “Qarabağ”ı cərimələdi, Elmar Baxşıyevi cəzalandırdı

Sportarena.az      23 Fevral 2021 , 13:27

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, toplantıda Premyer Liqanın XVI turunun oyunlarında qayda pozuntularına baxılıb.
 

“Sumqayıt”la oyunda “Qarabağ”ın futbolçusu Uroş Matiçin formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub. “Keşlə” ilə görüşdə “Zirə”nin futbolçusu Dmitrios Çantakias “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu isə 1600 manat cərimələnib. “Neftçi” ilə qarşılaşmada  “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib. Həmin oyunda  “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin