"Dördüncü yer məni qane etməyəcək" - Canni De Byazi

Sportarena.az      23 Fevral 2021 , 13:50

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ölkəmizdəki fəaliyyətindən, üzləşdiyi çətinliklərdən danışıb.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis “Calciosovietico” nəşrinə açıqlamasında bunları söyləyib:

 

“Albaniya yığmasındakı şəraiti nəzərə alsaq, həmin uğuru əldə edəcəyimizi heç kim təsəvvür edə bilməzdi. Hazırda çalışdığım Azərbaycan yığmasında da yeni mentalitet və beynəlxalq yarışlara fərqli yanaşma formalaşdırmağa çalışıram. Biz gəncləri yetişdirməyə çalışmalı və onların təcrübələrini genişləndirməli, təlim-məşq toplanışları təşkil etməliyik. Bunlar gənclərin texniki və taktiki baxımdan artmasına istiqamətlənib”.

 

De Byazi DÇ-2022-nin seçmə mərhələsi barədə də iddialı danışıb: “Biz qrupda 5-ci komanda kimi mübarizəyə başlayırıq. Amma məni 4-cü yer qane etmir. Biz məğlub düşüncələri rədd etməyə çalışmalıyıq. Bütün imkanlardan yararlanmaqla qərarlı və intellektli komanda olduğumuzu göstərmək istədiyimizə çox inanıram".

 

De Byazi İtaliya futbolunun Azərbaycanda yaxından izləndiyini də vurğulayıb: “Bizim futbol Azərbaycanda çox məşhurdur. Bir çox insan İtaliya komandalarına azarkeşlik edir. Bilirəm ki, "Yuventus", "Milan", "İnter" və "Roma"nın xeyli tərəfdarı var”.

 

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, İrlandiya, Serbiya və İrlandiya ilə eyni qrupda mübarizə aparacaq. Həmçinin mundiala ev sahibliyi edəcək Qətər yığması da müsabiqədənkənar formada bu qrupdakı komandalarla üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin