"Futbolu məhv etməyin!" - Milli Məclisdə sərt çıxış

Sportarena.az      23 Fevral 2021 , 14:14

“Təklif edirəm ki, dərhal respublikanın bütün yerlərində regional şöbə və komissiyalar yaradılsın, qazilərə vəsiqələr yerindəcə verilsin”.

 

Sportarena.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, bununla bağlı işlər sürətlənməlidir: “İkincisi isə Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var. Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Azərbaycan futbolunu məhv etməyin, uşaq futbolunu məhv etməyin. Artıq həyəcan təbili çalmaq lazımdır” (APA).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin