Avropa çempionatları ləğv olundu

Sportarena.az      24 Fevral 2021 , 00:49

19 yaşadək qadınlar və kişilər arasında 2021-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatları ləğv olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Müvafiq qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sözügedən turnirlərin ləğv olunmasına koronavirus pandemiyası dövründə ölkələr arasında səyahət məhdudiyyətlərinin olması səbəb göstərilib.

 

UEFA rəhbərliyi bununla həm də yoluxmanın qarşısını almaq məqsədi güdüldüyünü bəyan edib. Bildirilib ki, hazırkı məqamda gənc futbolçuların sağlamlığı daha vacibdir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin