“Turan Tovuz”dan “Qaradağ Lökbatan”la heç-heçə - VİDEO

09:55 25 Fevral 2021

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turun daha bir oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, lider “Turan Tovuz” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb.Tərəflər hərəyə bir dəfə fərqləndikləru görüşdən elə 1 xalla ayrılıblar.

 

Qeyd edək ki, Birinci Divizionun keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları qarşı hava şəraitinə görə təxirə salınıb. “Zaqatala” isə doğma meydanda “Qarabağ-2” üzərində 1:0 hesablı qələbəyə sevinmişdi.

 

Birinci Divizion

14-cü tur

 

Turan Tovuz – Qaradağ Lökbatan 1:1

Qol: Nurlan Şabanov, 75 – Elnur Səmədov, 1.

Hakimlər: Rövşən Rəcəbov, Emin Süleymanov, Elman Kərimov, Namiq Bəkirov

Tovuz şəhər stadionu

 

 


Digər xəbərlər

Xəbər xətti