Aftandil Hacıyev: "Son nöqtəni istədiyimiz kimi qoya bilmirdik"

Sportarena.az      25 Fevral 2021 , 22:24

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

 

“Xocalı qətliamı ilə bağlı xalqımıza səbr diləyirəm. Uzun illərdir bunu qeyd edirik. Ötən il torpaqlarımızı geri ala bildik. Matça gəlincə, maraqlı oyun alındı. Zövq ala bildik. “Qarabağ” favorit olsa da, buraya məğlub olmağa gəlməmişdik. Sadəcə, cərimə zərbəsi nəticəyə təsir etdi. Futbolçular çəkinmədən oynadılar. Son nöqtəni istədiyimiz kimi qoya bilmirdik. “Qarabağ” vacib 3 xal qazandı. Növbəti oyuna hazırlaşmalıyıq. İnanıram ki, xallar qazana biləcəyik.

 

Amil Yunanov 100 faizlik qol fürsətini boşa verdi. Bu gün oyundan razı qaldım. İstəyirəm ki, bunun davamını gətirək. Yeni transferlər komandaya gec qoşuldular. İki ay komandasız qalmışdılar. Görünür ki, vaxt lazımdır. Bəzi mövqelərdə çatışmazlıqlar var deyə transferlər etdik. İnanıram ki, hamısı komandama kömək edəcək”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin