“Qarabağ” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanladı

Sportarena.az      25 Fevral 2021 , 16:13

“Qarabağ” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Məlumatda bildirilir:

 

"AFFA İntizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda 8 nömrəli futbolçumuz Uroş Matiçin formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün “Qarabağ” FK 3000 AZN məbləğində cərimə olunmuşdur. Klubumuz həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır. “Qarabağ” FK qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin